Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Dolların sabaha olan rəsmi məzənnəsi 1,76 manatı ötüb

Dolların sabaha olan rəsmi məzənnəsi 1,76 manatı ötüb

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,28% artaraq 1,7622 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7575 manata bərabər olub.
Qeyd edək ki, bu gün AMB Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7575 məzənnəsi ilə başlayıb və 1,7620 məzənnəsi ilə yekunlaşıb.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın