Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Dollardan gözlənilməz bahalaşma (CƏDVƏL)

Dollardan gözlənilməz bahalaşma (CƏDVƏL)

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində bahalaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0486-dan 1.0493 AZN-ə yüksəlib.

Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1662-dən 1.1529-a qədər ucuzlaşıb.

Rusiya rublunun kursunda da dəyişiklik müşahidə edilib. 1 rublun dəyəri 0.0211-dən 0.0210 manata qədər azalıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın