Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Kriminal / DİN: Gəncədə baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır və təxribat xarakteri daşıyır

DİN: Gəncədə baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır və təxribat xarakteri daşıyır

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhərində baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır, həmin hadisə Azərbaycanda baş verməyib.

Bunu musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin informasiya bölməsinin rəisi, polis polkovniki İlham Babayev bildirib.

O deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən belə bir hadisə qeydə alınmayıb.

İ.Babayev mətbuatı bu kimi xəbərləri hazırlayarkən həssas yanaşmağa çağırıb.

DİN-in Mətbuat xidmətinin Qərb Regional Qrupundan da “Report”un yerli bürosuna bildirilib ki, yayılan video təxribat xarakteri daşıyır: “Hadisəsinin guya Gəncə şəhərində baş verməsi tamamilə yalandır”.

Qeyd edək ki, yayılmış video görüntülərdə hicablı qadının dükanda bir kişi tərəfindən diri-diri yandırılması əks olunur. Bəzi xəbər saytları həmin hadisənin Gəncə şəhərində baş verdiyini iddia edib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanlı müğənninin maşınını partladıblar- Özü içində olub (VİDEO)

Müğənni Cavad Rəcəbov ATV-də yayımlanan “Şou ATV” verilişinin qonağı olub. BAKU.WS-in məlumatına görə, ifaçı verilişin …