Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Deputatın “Porşe”si vurdu, “Volksvagen” isə… – Rəsmi

Deputatın “Porşe”si vurdu, “Volksvagen” isə… – Rəsmi

Deputat Cavanşir Feyziyevin sürücüsünün törətdiyi ölümlə nəticələnən qəza ilə bağlı məlumat 19 fevral tarixində yayılsa da, sözügedən dəhşətli hadisə 15 fevral tarixində baş verib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Belə ki, fevralın 15-də, saat 20 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Fərid Abasov (deputat Cavanşir Feyziyevin sürücüsü Fərid Abbasov) idarə etdiyi “Porşe” markalı avtomobillə yolu keçən paytaxt sakini 40-45 yaşlı Sevinc Hüseynovanı vuraraq yolun hərəkət hissəsinə atıb.

Arxadan gələn “Volksvagen” markalı, A.Əliyevin idarə etdiyi avtomobil isə onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Hazırda baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, ölümlə nəticələnən dəhşətli qəzanı törətmiş “Porşe Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin Avromed MMC-yə məxsus olduğu bildirilmişdi. Sonradan məlum oldu ki, sözügedən avtomobili hadisə baş verən gün sürücü F.Abbasov idarə etsə də, əslində maşın deputat C.Feyziyevə məxsusudur.

Hadisə ilə bağlı açıqlama verən deputat bildirib ki, qəza baş verən gün o özü Bakıda olmayıb və təbii olaraq da avtomobili o idarə etməyib:

“Mən ayın 12-dən Brüsseldə səfərdəyəm. Bakıya yeni qayıtmışam. Maşını idarə edən sürücüm olub. Adam qəza törədib, araşdırılır, kim günahkardırsa, cəzasını da çəkəcək”.

Daha bir iddia isə “Porşe Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərdə istifadəsidir. Belə ki, eyni nömrənin iki və daha artıq avtomobildə istifadə edildiyi bildirilib.

Buna münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyib ki, bu halın qadağan olduğunu deyib:

“Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinin 1-ci hissəsinə əsasən, nömrələr fərdi olmalıdır, istifadədə olan iki və daha çox avtomobildə eyni nömrənin olması mümkün deyil.

Yalnız təkrar qeydiyyat vasitəsi olduğu halda eyni bir nömrəni bir avtomobildən alaraq digərinə vermək olar. Bu halda əvvəlki avtomobilə tam yeni və fərqli nömrə verilməlidir”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …