Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Daş karxanasında FACİƏ: Fəhlənin üzərinə mişar daşı düşdü

Daş karxanasında FACİƏ: Fəhlənin üzərinə mişar daşı düşdü

Cəlilabad sakini daş karxanasında xəsarət alması nəticəsində ölüb. 

Azinforum.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda fəaliyyət göstərən daş karxanalarının birində baş verib.

Daş karxanasında işləyən Cəlilabad rayonunun Əliqasımlı kənd sakini Mehdiyev Vüqar Əlizadə oğlunun üzərinə mişar daşı düşüb. Nəticədə o, ölüb. Hazırda mərhumun meyiti doğulduğu kəndə gətirilir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …