Ana səhifə / Kriminal / Dələduzluqda ittiham edilən qadınların işi – “Sovetski”dəki hüquqşünasın əməlləri

Dələduzluqda ittiham edilən qadınların işi – “Sovetski”dəki hüquqşünasın əməlləri

Bakıda vətəndaşalara qarşı müxtəlif yollarla dələduzluq edib, külli miqdarda pullarına ələ keçirməkdə təqsirləndirilən qadınların məhkəməsi başlayıb. Onlardan biri hüquqşünas olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Cəfərlinin və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Yeganə Məmmədova həbsdədir. İradə Cəfərli isə ev dustaqlığındadır.

Məhkəmədə zərərçəkmiş 6 nəfər mülki iddia verərək onlara dəymiş 515 min manat zərərin onlara ödənilməsini istəyiblər. Onlar İ.Cəfərliyə qarşı mülki iddia qaldırdıqlarını qeyd ediblər.

Məhkəmənin növbəti iclası avqustun 20-də davam etdiriləcək.

Hər iki qadının dələduzluq əməllərinin qurbanı olduğunu deyən onlarla vətəndaş var. Onlar arasında evləri plana düşmüş “Sovetski” sakinləri, ucuz evə sahib olmaq istəyənlər və hətta şəhid oğluna görə sığorta pulu almaq istəyən ana da var.

Əvvəllər hüquqşünas olaraq, məhkəmələrdə mülki işlərdə nümayəndə qismində vətəndaşların hüquqlarını müdafiə edən İradə Cəfərli indi özü dəmir barmaqlıqlar arxasındadır.

İttihama görə, İradə Cəfərli evləri plana düşən “Sovetski” sakinlərinə söz verib ki, onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb alacaq. Bu işdə 12 nəfər zərərçəkən kimi tanınıb. Amma onların hamısı ev almaq istəyənlər deyil. Aralarında şəhid olmuş oğluna görə dövlətin verməli olduğu sığorta pulunu almaq istəyən anadan tutmuş, bacısını həbsxanadan çıxarmağa çalışan, mərhum həyat yoldaşının əmlakı ilə bağlı sənədləşməni yoluna qoymaq istəyənlərə qədər bir xeyli adamlar var.

İttiham aktında yazılır ki, Bakı sakini Samirə Həsənova banklarda girov olan evlərdən birini ucuz qiymətə almaq üçün 120 min manat, anası Çimnaz Həsənova isə 100 min manat pul verib. Başqa bir zərərçəkən isə Rüfət Tağıyevdir. O, metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən və bankda girov olan binadan evlər almaq üçün bir neçə dəfəyə 80 min manatını İradə Cəfərliyə verib.

Fəxriyyə Məmmədova adlı zərərçəkmiş də “Qara Qarayev”dəki binadan 2 otaqlı evi 14 minə, Yasamalda “ATV”nin yaxınlığındakı binadan isə 3 otaqlı evi 38 minə almaq üçün 38 min manatından keçib. O, ümumilikdə 52 min ziyana düşüb. Bacısı Mehriban Məmmədova isə Mərdəkanda iki bağ evini ucuz qiymətə almaq üçün 80 min manatının İradə Cəfərliyə veib. Onların bacısı qızı Gülnar Əliyeva isə Nəsimi bazarı yaxınlığında ev almaq üçün 68 min 500 manatının aldadılaraq İradə Cəfərli tərəfindən əlindən alındığını iddia edir. Bunlar hələ ittiham aktında yazılanların bir hissəsidir.

Qeyd edək ki, İradə Cəfərli Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinərək bundan əvvəl də hakim önünə çəxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməməsinin hökmü ilə İradə Cəfərli 2016-cı ildə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …