Çərşənbə axşamı , Dekabr 18 2018
Ana səhifə / Kriminal / Dərman idxalçılarına xəbərdarlıq edildi

Dərman idxalçılarına xəbərdarlıq edildi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin qablaşdırmasının türk dilində olmasına icazə verilməsi ilə bağlı dərman vasitəsi idxalçılarına və xarici istehsalçı şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, xəbərdarlıqda bildirilib ki, Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli 513 nömrəli qərarı ilə “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilərək dərman vasitəsinin qablaşdırmasının Azərbaycan, rus və ingilis dillərindən başqa, həm də türk dilində olmasına icazə verilib.

Qeyd olunub ki, türk dilində qablaşdırmaları olan dərman vasitələrini idxal edə bilmək üçün istehsalçı tərəfindən həmin qablaşdırmalar Azərbaycan Respublikasında “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8 nömrəli Əlavəsinə uyğun olaraq qeydiyyata salınmalı və təsdiq edilməlidir, həmçinin istifadə təlimatının Azərbaycan dilində olması mütləqdir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda barda işləyən qızlarla qanlı gecə davası… – Rəfiqələr bıçaqlandı

Bakıda iki qadını bıçaqlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin apelyasiya şikayəti üzrə məhkəmə …

Bir cavab yazın