Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Kriminal / Ceyranbatanda məktəbdə faciəvi dava – araya girən xadimə aldığı xəsarətdən ölüb

Ceyranbatanda məktəbdə faciəvi dava – araya girən xadimə aldığı xəsarətdən ölüb

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb.

“Report”un xəbərinə görə, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi (ayaq zərbəsi) dəyib. O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarətlər alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

MTN generalının bacanağı rüşvət vermədə ittiham edilir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, …