Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bazarlarda qiymət düşdü, marketlərdə isə…

Bazarlarda qiymət düşdü, marketlərdə isə…

İkinci devalvasiyadan sonra idxal olunan ərzaq məhsulları ilə yanaşı, yerli kənd təsərrüfatı məhsulları da bahalaşdı. Dövlət başçısının tapşırığı ilə un və çörəyin qiyməti aşağı salınandan sonra digər məhsulların da ucuzlaşacağı gözlənilirdi.

Virtualaz.org saytının Bakı bazarlarında apardığı müşahidələrə əsasən, qısa müddət ərzində bir çox kənd təsərrüfatı məhsulları ucuzlaşıb.

Bakıda xalq arasında “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr” bazarında əsasən yerli məhsulların qiyməti aşağı düşüb. Hazırda Tovuz və Gədəbəy kartofunun 1 kiloqramı 80 qəpiyə təklif edilir. Ötən həftə isə Gədəbəy və Tovuz kartofu 1 manat – 1 manat 10 qəpiyə, Türkiyə və Gürcüstan kartofu isə 90 qəpiyə satılırdı. Soğan 60-80 qəpiyə, pomidor 1 manat 60 qəpiyə, xiyar 1 manat 80 qəpiyə, kələm 35 qəpiyə, badımcan isə 3 manat 20 qəpiyə satılır.

Xaricdən gətirilən məhsulların da ucuzlaşması müşahidə olunur. Məsələn, Türkiyədən gətirilən mandarin 1 manat 60 qəpik, İrandan gətirilən mandarin isə 1 manat 40 qəpiyə satılır. İran kartofunun kiloqramının qiyməti 60qəpikdirsə, Türkiyə kartofu 70, Rusiya kartofu isə 60 qəpiyə təklif edilir.

Türkiyə portağalı 1 manat 60 qəpik, İran bibəri 3 manat, Türkiyə badımcanı 6 manatadır.

Alma, armud, yerli mandarin, portağal və üzümün qiymətində də 20 faizlikucuzlaşma müşahidə edilir. Hazırda yerli alma sortları 60 qəpikdən 3 manatadək təklif edilir. Armud 1 manat 60 qəpiyə, portağal 1 manat 50 qəpiyə satılır.

“Təzə bazar”da da ucuzlaşma var. Məsələn, Bakı pomidoru 2 manat 20 qəpik – 3 manat 50 qəpik, xiyar 2 manat 80 qəpik – 3 manat, bibər 4 manat 50 qəpik, kələm 50 qəpikdir.

“Yaşıl bazar”da isə qiymətlər bir qədər fəqrlidir. Yerli kartof 1 manat 20 qəpik – 1 manat 50 qəpik, soğan 90 qəpik, Türkiyədən gətirilmiş badımcan 5 manat, bibər 4 manat, alma 1 manat 50 qəpik – 5 manat, xiyar 3 manat 50 qəpik, pomidor 3 manat 50 qəpik – 5 manat arasında satılır.

Mağazalarda isə kənd təsərrüfatı məhsullarının qiyməti dəyişməyib. Hazırdamarketlərdə yerli kartof 1 manat 20 qəpik – 1 manat 50 qəpik, badımcan 6 manat, pomidor 3 manat 50 qəpik – 6 manat, xiyar 3 manat 50 qəpik, soğan 1 manat, göbələk 2 manat 50 qəpik, alma 1-5 manat qiymətləri ilə alıcılaratəklif edilir.

İqtisadiyyat Nazirliyindən Virtualaz.org saytına bildiriblər ki, süni bahalaşma ilə bağlı monitorinqlər davam etdirilir. Süni qiymət artımına yol verən şəxslərcəzalandırılacaqlar. Nazirlik həmçinin sahibkarlarla görüşərək onların təkliflərini dinləyir və qiymət artımına təsir edən problemləri araşdırır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın