Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bank sədri məhkəmədə ifadə verdi

Bank sədri məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Beynəlxalq Bank”ın İdarə heyətinin sədri vəzifəsində çalışmış Emil Mustafayev ifadə verib.
Rauf Allahverdiyevə 15 milyon manat kredit ayrılması epizodu üzrə dindirilən Ə.Mustafayev qeyd edib ki, hazırda bankda zəmanət kimi təqdim edilən obyektlərin satılmasında problem var.
Onun sözlərinə görə, Rauf Allahverdiyevin götürdüyü kreditin müqabilində banka zəmanət kimi göstərdiyi obyektlərin sənədləri saxtalaşdırılıb. Buna görə də obyektin satılaraq borca yönləndirilməsi mümkün deyil. 
E.Mustafayev qeyd edib ki, obyektlərin başqa sahibləri olduğu üçün onlar da Moskvada məhkəməyə müraciət ediblər. 
Rauf Allahverdiyev qeyd edilən məsələləri üç ay ərzində həll edib, banka olan borcunu tam olaraq bağlaya biləcəyini deyib. Təqsirləndirilən şəxs buna görə azadlığa çıxmaq istəyir.
“Mən burada qəfəsə qədər gedirəm. Burdan o tərəfə heç nə edə bilmərəm. Razılıq olsun, özüm çıxıb məsələni həll edəcəm”, – deyə təqsirləndirilən şəxs qeyd edib. 
Məhkəmə prosesi fevralın 1-də davam etdiriləcək.
İttihama görə, iş adamı Rauf Allahverdiyev bankın Moskva filialından 15 milyon manat kredit götürüb. Lakin sonradan krediti qaytara bilməyib. 

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …