Bank əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilən “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və filialın sabiq xəzinədarı Rövşən Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Ölkə.Az”ın xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmünün R.Qasımova aid hissəsi dəyişdirilib. Belə ki, onun 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hər iki şəxs banka məxsus 44 min manat məbləğində pulu mənimsəməkdə ittiham edilib.
N.Bayramov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə: külli miqdarda olduqda), R.Qasımov isə 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinib.
İttiham aktına əsasən, “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri N.Bayramov öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakinini aldadıb guya bankda onun və həyat yoldaşının adına, ümumilikdə, 72 min ABŞ dolları olması barədə saxta əmanət kitabçasını təqdim etməklə külli miqdarda əmlakı ələ keçirib. O həmçinin eyni niyyətlə həmin şəxsi təkrarən aldadaraq 63 min manat pulu “Royal Bank” ASC-nin 5 saylı filialının Bakı şəhərində yerləşən inzibati binasında almaqla dələduzluq edib.
N.Bayramov və R.Qasımov 2014-cü ildə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılsalar da, bir müddət sonra azadlığa buraxılıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Bayramov 4 il, R.Qasımov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.
Zdrave universal kremi zdrave forte