Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakının “qara siyahısı”ında olan məşhur jurnalist Strasburqda ölü tapıldı

Bakının “qara siyahısı”ında olan məşhur jurnalist Strasburqda ölü tapıldı

Dünyanın məşhur teleaparıcısı, “CNN İnternational” kanalında yayımlanan “Parts Unknown” proqramının müəllifi, ötən il Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib erməni separatçılarını təbliğ etdiyi üçün Bakının “qara siyahısına” düşən Entoni Bourdain Fransada ölü tapılıb.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, aparıcısı olduğu proqramla bağlı çəkilişlər üçün Fransanın Strasburq şəhərində olan 61 yaşlı Bourdain qaldığı oteldə asılımış vəziyyətdə tapılıb. ABŞ mətbuatı Bourdainin karyerası boyu narkotik asılılığından əziyyət çəkdiyini və özünü asaraq intihar etdiyini bildirir.

Entoni Bourdain Qarabağda

Entoni Bourdain ötən ilin oktyabrında ABŞ-dakı erməni diasporunun təşkilatçılığı ilə işğal altındakı Dağlıq Qarabağa səfər edib. Özünün social şəbəkə hesabında Şuşadan və digər yerlərdən çəkilmiş fotoları paylaşıb. O, “erməni milli mətbəxinin nümunələrini” təbliğ edib. Bundan sonra Azərbaycan XİN CNN aparıcısını qara siyahıya daxil etmişdi.

Bourdain müxtəlif dünya ölkələrinə səyahət edirdi və az tanınan yerlər, mədəniyyətlər və mətbəxlər barədə tamaşaçılarını məlumatlandırırdı.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …