Ana səhifə / Kriminal / Bakıda təcili yardım həkimini girov götürdülər – Nalayiq ifadə işlədib / VİDEO

Bakıda təcili yardım həkimini girov götürdülər – Nalayiq ifadə işlədib / VİDEO

Bakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.
Azinforum.az report-a istinadən xəbər verir ki, hadisə Səngaçal qəsəbəsində yerləşən daş karxanasının yanında baş verib.
1981-ci il təvəllüdlü Elşad Rəhimov, 1988-ci il təvəllüdlü Elməddin Məmmədov və 1979-cu il təvəllüdlü Qulu Bağırov “Qazel” markalı yük maşını ilə Ağsu rayonuna toya gedən zaman yolda maşın xarab olub.
“Qazel”in sürücüsü Elşad Rəhimov bildirib ki, bu zaman onların yanında tanımadıqları “Kamaz” markalı yük maşını saxlayıb.
Onun sözlərinə görə, E.Rəhimov və digər iki nəfər maşından düşüb “Kamaz”ın sürücüsünə yaxınlaşmaq istəyəndə, hadisə yerinə “Tofaş” markalı avtomobil də gəlib.
Daha sonra “Tofaş” və “Kamaz”da olan naməlum şəxslər heç bir irad bildirmədən küt alətlər vasitəsilə E.Rəhimov, E.Məmmədov və Q.Bağırovu döyərək onlara ağır xəsarətlər yetiriblər. Hadisə yerinə “təcili yardım” maşını çağrılıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Elmar Əliyev yaralılardan birinə qarşı nalayiq ifadə işlədib. Buna görə də, yaralıların qohumları həmin həkimi yanlarında saxlayaraq getməyə qoymayıblar.
Həkim həmin ifadəni işlədən zaman əsəbi olduğunu bildirib:
“Xəstəyə ilkin tibbi yardım göstərdim. Lakin o mənə həmin naməlum şəxslərdən pul aldığımı dedi. Mən səhv edib ona qarşı nalayiq ifadə işlətdim. Səhv etdim, gərək elə söz deməzdim. Səhvimi başa düşdüm, yaralının atasından, qardaşlarından üzr istəyirəm”.
1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Q.Bağırovun vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Hazırda polis əməkdaşları hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparır.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …