Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıda qardaş bacısını qısqanclıq zəminində öldürüb

Bakıda qardaş bacısını qısqanclıq zəminində öldürüb

Ötən gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsində baş verən qətl hadisəsinin bəzi məqamlar məlum olub.

Virtualaz.org-un xəbərinə görə, Said Bayramov onunla birlikdə kirayədə yaşayan bacısı, 1977-ci il təvəllüdlü Xanım İslamovanı döş qəfəsindən bıçaqlayaraq qətlə yetirib. Daha sonra isə hadisə yerindən qaçıb.

İlkin ehtimala görə, qətlə səbəb bacı-qardaş arasında yaranmış şəxsi münasibətlər olub.

Yasamal Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Yasamal Rayon Prokuroluğundan virtualaz.org-a verilən məlumata görə, S.Bayramov artıq həbs edilib. O, ilkin ifadəsində bacısını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

İnarə Rafiqqızı

Virtualaz.org

*   *   *11:13

Bakıda 42 yaşlı qadın qardaşı tərəfindən öldürülüb.

“Report”un xəbərinə görə, Yasamal rayonunda 1976-cı il təvəllüdlü Xanım Bayramova kirayə yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.

Onu qətlə yetirən qardaşı, 1974-cü il təvəllüdlü Sədi Bayramov Xızı rayonunda saxlanılıb.

Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …