Ana səhifə / Kriminal / Bakıda marketlərdə satış dayandırıldı: ərzaq məhsulları sabahdan yeni qiymətlə satılacaq

Bakıda marketlərdə satış dayandırıldı: ərzaq məhsulları sabahdan yeni qiymətlə satılacaq

Manatın məzənnəsinin getdikcə düşməsi artıq otelləri, restoranları, xidmət müəssisələriin “ağuşuna almaqda” davam edir. Böyük obyektlərin bağlanmasının ardınca paytaxtda bəzi mağazalar da artıq satışı dayandırıb. Cebhe.info əməkdaşı Yasamal rayonu Əli bəy Hüseynzadə küçəsində yerləşən marketlərdə müşahidələr aparıb. Məlum olub ki, səhər saatlarından etibarən marketlərdə satış dayandırılıb. Marketə gələn alıcılara bu barədə məlumat verilir. Bəzi market əməkdaşları alıcıları qapıda qarşılayaraq içəri daxil olmalarına imkan verməyib, satışın dayandırıldığı barədə xəbərdarlıq ediblər. Geri qaytarılan alıcılar arasında Cebhe.info əməkdaşı da olub. Bunun səbəbini isə özünü təqdim etməyən market əməkdaşı qiymətin stabil olmaması ilə əlaqələndirib: “Qiymətlər stabil deyil. Müəyyən dəyişikliklər olub, ona görə də rəhbərlik bizə satışı dayandırmağı tapşırıb. Şirkət əməkdaşları gəlib, ərzaq məhsullarının qiymətləndirməsini yenidən həyata keçirəcəklər. Çox güman ki, həm mağazaya gətirilən yeni məhsullar, həm də əvvəldən alınan məhsullar yeni qiymətlərlə satılacaq”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın