Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakıda klinikaya xəstə adı ilə girən şəxs oğurluq edib (VİDEO)

Bakıda klinikaya xəstə adı ilə girən şəxs oğurluq edib (VİDEO)

Bakıda özəl klinikadan oğurluq edilib.

Hadisə Nəsimi rayonu Vaqif prospektindəki klinikada baş verib. Oğurluq anı xəstəxananın təhlükəsizlik kamerasına da düşüb.

Klinikaya xəstə kimi daxil olan təxminən 25-30 yaşlı bir nəfər əvvəlcə ödəmə terminalına yaxınlaşıb, güya nəsə ödəniş edir. Həmin şəxs qəbul şöbəsində heç kimin olmadığını görüb ora yaxınlaşır. Daha sonra o, qəbul şöbəsində işləyən Aytən Həsənovanın iki ədəd mobil telefonunu götürüb cibinə qoyur.

Dərhal həmin şəxs gödəkçəsini geyinib klinikanı tərk edir. Zərərçəkmiş Aytən Həsənova deyir ki, hadisə onun bir neçə dəqiqəlik qəbul şöbəsindən kənara çıxması zamanı olub.

Zərərçəkmişin sözlərinə görə, ona təxminən 800 manat ziyan dəyib. Aytən Həsənova deyir ki, əgər həmin şəxs telefonları gətirib təhvil verməsə polisə müraciət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …