Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıda itkin düşmüş 20 yaşlı qız tapıldı – Rəfiqəsigildə imiş…

Bakıda itkin düşmüş 20 yaşlı qız tapıldı – Rəfiqəsigildə imiş…

Bakıda itkin düşən 20 yaşlı qız tapılıb. Bu barədə Trend-ə itkin düşmüş qız Müjgan Məmmədovanın anası A.Rüstəmova bildirib.

O bildirib ki, qızı M.Məmmədova rəfiqəsigildə olub, lakin bu barədə evə məlumat verməyib. Hadisə ilə bağlı polisə məlumat veriləndən sonra, qızı tapılıb.

***

Bakıda 20 yaşlı qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 8Ş, mənzil 296-da yaşayan Rüstəmova Aynur Nurəddin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 30-da səhər saatlarında idman zalında qeydiyyat şöbəsində işləyən qızı, 1998-ci il təvəllüdlü Məmmədova Müjgan Eldar qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …