Şənbə , Yanvar 19 2019
Ana səhifə / Kriminal / Bakıda gənc oğlan “McDonald’s”ın binasına çıxaraq intihar etmək istədi – FHN-dən açıqlama + VİDEO

Bakıda gənc oğlan “McDonald’s”ın binasına çıxaraq intihar etmək istədi – FHN-dən açıqlama + VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.
FHN xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
****
Bakının Nizami rayonu ərazisində gənc oğlan intihara cəhd edib.
“Report” hadisə şahidlərinə istinadən xəbər verir ki, gənc oğlan “Neftçilər” metrostansiyası yaxınlığında “McDonald’s”ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyir.
Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.
VIPedu.BIZ

Həmçinin oxuyun

Ebru Gündeşi Bakıya gətirəcəyini dedi, iş adamlarından 200 min dollar aldı və…

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə …