Şənbə , Fevral 23 2019
Ana səhifə / Kriminal / Bakıda bölmə rəisinin müavini ölkəni tərk edərkən saxlanıldı – SEVGİLİSİ AXTARILIR (YENİLƏNİB)

Bakıda bölmə rəisinin müavini ölkəni tərk edərkən saxlanıldı – SEVGİLİSİ AXTARILIR (YENİLƏNİB)

Bakıda vəzifəli polis zabiti ölkədən qaçarkən saxlanılıb.

Azinforum.az Criminal.az-a istinadən xəbər verir ki, Sabunçu rayon 13-cü Polis bölməsinin rəis müavini, polis mayoru Mehman Əsədov hava limanında yaxalanıb. Onunla yaxın münasibətdə olan Aygün adlı qadın isə axtarışa verilib. 

İlkin məlumata görə, Aygün adlı şəxs xeyli vətəndaşa pensiya düzəltmək adı ilə pullarını mənimsəyib. M.Əsədovun da həmin işlə bağlılığı olduğu üzə çıxıb. 

13-cü polis bölməsindən bildirildi ki, M.Əsədov bir müddət əvvəl müavin vəzifəsindən uzaqlaşdırılıb. Ölkədən getməsi üçün viza hazırlayırmış. 

***

17:08

13-cü Polis bölməsinin növbətçisindən Unikal.org-a bildirilib ki, rəis müavini Əsədov Mehman Əsgər oğlu  bir müddətdir işə çıxmır. Onun  işə niyə gəlməməsi barədə açıqlama isə  verilməyib. 

13-cü Polis bölməsinin rəis müavini Əsədov Mehman Əsgər oğlu  bir müddətdir işə çıxmır.

Bu barədə Unikal.org-a şöbənin növbətçi hissəsindən bildirilib ki, rəis müavininin işə çıxmamasının səbəbi bilinmir.  

Həmçinin oxuyun

Bakıda maşın aşdı – Bu yolda tıxac var

Bakıda körpünün üstündə maşın aşıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin …