Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakıda bir qrup şəxs aptekə basqın edib (FOTO/VİDEO)

Bakıda bir qrup şəxs aptekə basqın edib (FOTO/VİDEO)

Bir neçə gün bundan əvvəl Bakı şəhəri, Ceyhun Hacıbəyli 28 B ünvanında yerləşən aptekə bir qrup şəxs basqın edib. 
Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, aptekdə çalışan əczaçı vəhşicəsinə döyülüb.
Məlumata görə, İldırım adlı şəxs aptekə gələrək mübahisə yaradıb. Daha sonra övladı Cavid Cavadlı və onun dostları ilə mütəşəkkil şəkildə qeyd olunan ünvanda yerləşən aptekə hücum ediblər. Cavid Cavadlı və dostları əczaçıya ağır bədən xəsarətləri yetiriblər.
Xəsarət alan əczaçı hüquq-mühafizə orqanlarına şikayət edib. Baş vermiş hadisə ilə bağlı 18-ci polis bölməsində tədqiqat aparılır. Məlumata görə, tədqiqatçılar hələ heç bir hüquqi addım atmayıblar. Hansı ki, cinayət əməlinin real fakt olan video görüntüsü və tibbi müayinə sənədi polisə təqdim olunub.
Qeyd edək ki, Cavid Cavadlı Azərbaycan Tibb Universitetinin müəlliməsi Aygün Alyarbəyovanın övladıdır. Aygün Alyarbəyova aptekə gəlib mübahisə yaradan İldırım adlı şəxsin həyat yoldaşıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …