Şənbə , Fevral 23 2019
Ana səhifə / Kriminal / Bakıda bina yandı – SAKİNLƏR TƏXLİYƏ OLUNDU

Bakıda bina yandı – SAKİNLƏR TƏXLİYƏ OLUNDU

Bakıda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.
FHN-dən Unikal.org-a verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Bakıda maşın aşdı – Bu yolda tıxac var

Bakıda körpünün üstündə maşın aşıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin …