Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Bakıda aptekə basqın olub – FOTOLAR

Bakıda aptekə basqın olub – FOTOLAR

Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, rayonun M. Həsənov küçəsində yerləşən apteklərdən birində əczaçı işləyən Hilal Həsənov Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, tanımadığı şəxs ona bıçaqla hədə-qorxu gələrək obyektin kassasından 2000 manat pulu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Emin Adilov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. E.Adilovun ərtafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyi məlum olub. Saxlanılan şəxs barəsində 29-cu Polis Şöbəsində toplanan material araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib.

Gördüyünüz şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal Rayon Polis İdarəsinə və ya 29-cu Polis Şöbəsinə müraciət edə bilərlər.

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …