Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakıda 56 yaşlı həkim qadınla intim əlaqədə olan kişi onu şantaj etdi

Bakıda 56 yaşlı həkim qadınla intim əlaqədə olan kişi onu şantaj etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla pul tələb etməkdə ittiham olunan 41 yaşlı Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Elnur İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətində qətimkan tədbirini dəyişdirilib və məhkəmə zalından həbs olunub.

İttihama görə, Elnur İbrahimov paytaxtda fəaliyyət göstərən klinikalardan birində işləyən həkimi şantaj edib. O, 56 yaşlı həkimlə 2014-cü ildə “Odnoklassniki” sosial şəbəkəsində tanış olub. Qadın həkimlə yaxın münasibət quran E.İbrahimov onunla bir neçə dəfə görüşüb, intim münasibətdə olub. E.İbrahimov sonradan onu rüsvay edəcəyi ilə qorxudaraq şantaj edib.

Təqsirləndirilən şəxs qadın həkimdən şantaj yoluyla 8500 manatdan çox pul alıb. Qadın onun barəsində polisə şikayət edib. Sonuncu dəfə həkimdən pul alarkən saxlanılıb.

E.İbrahimov barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarla razılaşmayıb. O, pulu həkimdən yardım məqsədilə aldığını deyib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …