Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakı-Sumqayıt yolunda baş verən qəzada yol polisinin oğlu ölüb – VİDEO

Bakı-Sumqayıt yolunda baş verən qəzada yol polisinin oğlu ölüb – VİDEO

Bakı-Sumqayıt yolunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt -Abşeron bürosunun məlumatına görə, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, “Hyundai-Sonata” markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələr çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır

 

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …