Cümə , Oktyabr 19 2018
Ana səhifə / Kriminal / Bakı həbsxanasında əsgəri güllələdilər

Bakı həbsxanasında əsgəri güllələdilər

Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda satıcının pulu və qızılları belə oğurlandı – Video

Bakıda böyük ticarət mərkəzlərinin birində baş verən oğurluq anı kameralara düşüb. Oğlu və qızı ilə …