Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Bağlanan bankda 40 milyon manat pulu olan əmanətçi kimdir?

Bağlanan bankda 40 milyon manat pulu olan əmanətçi kimdir?

Azərbaycan Mərkəzi Bankının bu il lisenziyasını ləğv etdiyi banklarda yerləşdirilmiş ən böyük əmanətin məbləği 40 milyon manat olub.Bu barədə ATV-nin “İqtisadi zona” verilişinə müsahibəsində Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib. Bununla belə, fond rəhbəri həmin əmanətin kimə məxsus olduğunu və bağlanmış 6 bankdan hansında yerləşdirildiyini açıqlamayıb. Xatırladaq ki, əmanətlərin sığortalanması qaydalarına əsasən, bir bankda yerləşdirilmiş əmanətə görə maksimum 30 min manat kompensasiya ödənilir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın