Çərşənbə axşamı , Fevral 19 2019
Ana səhifə / Kriminal / Bərdədə ticarət mərkəzində administrator bıçaqlandı – Qıza görə

Bərdədə ticarət mərkəzində administrator bıçaqlandı – Qıza görə

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Bərdə şəhər ticarət mərkəzində baş verib.

Ticarət mərkəzinin içərisində fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında işləyən Məmmədova Yeganə Şakir qızına qarşı mağazanın administratoru, 1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib.

Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib.

Nəticədə R.Mamedov üzərində gəzdirdiyi bıçaqla Ü.Həsənovun bədəninin müxtəlif nayihələrinə 4 bıçaq zərbəsi vurub.

Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən R.Mamedov tutularaq istintaqa təhvil verilib.

Həmçinin oxuyun

DTX rəhbəri prezidentin səsini dinlədiyi üçün həbs edildi

Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən çıxarılan İxtiyar Abdullayevin həbsi barədə xəbərlər yayılıb.  Unikal.org  özbək mətbuatına …