Cümə , Dekabr 14 2018
Ana səhifə / Kriminal / Bərdədə baş vermiş yanğında 300 ev quşu yandı

Bərdədə baş vermiş yanğında 300 ev quşu yandı

Bərdə rayonunda yanğın zamanı 300-ə yaxın ev quşu tələf olub. “ARB TV”dən virtualaz.org-a verilən məlumata görə, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Ceyhun Babayevə məxsus fərdi quşçuluq təsərrüfatında yanğın baş verib. Yanğın zamanı təsərrüfatda olan 300-ə qədər ev quşları yanaraq tələf olub.

Hadisə yerinə FHN-nin Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğının başvermə səbəbləri araşdırlır.

VIPedu.BIZ

Həmçinin oxuyun

Qadının adına profil açıb pul tələb etdi

Sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə …