Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı mühacir Hollandiyada kampda intihar etdi

Azərbaycanlı mühacir Hollandiyada kampda intihar etdi

Azərbaycanlı mühacir Hollandiyada kampda intihar edib. Bu barədə AzEuroNews.com-a Hollandiyada deportasiya üçün nəzərdə tutulmuş kampda qalan azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, Bakının Yasamal rayonu qeydiyyatında olan Fikrət adlı şəxs Azərbaycana deportasiya edilməmək üçün damarlarını doğrayıb.

Hadisə ötən gün gecə saatlarında baş verib. Polis Fikrət adlı həmvətənimizi Azərbaycana göndərmək üçün onun qaldığı kampa gəlib. Lakin o, getməmək üçün üstündəki ülgüclə damarlarını doğrayıb.

Xəstəxanaya çatdırılan həmvətənimizin həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda deyilir ki, o, bir müddət əvvəl Almaniyadan Hollandiyaya göndərilib. İlk sığınacaq istədiyi ölkə Almaniya olub və o, bura 2016-cı ildə gəlib.

Deportasiya kampında qalan azərbaycanlıların sözlərinə görə, onun cənazəsinin yaxın günlərdə Azərbaycana göndəriləcəyi gözlənilir.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …