Ana səhifə / Kriminal / Azərbaycanlı biznesmen Rusiyada cinayətkarları yaxalamağa kömək etdi

Azərbaycanlı biznesmen Rusiyada cinayətkarları yaxalamağa kömək etdi

Azərbaycanlı biznesmenin sayəsində Rusiyada şantajla məşğul olan cinayətkar qruplaşmanın beş üzvü yaxalanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, cinayətkarlar Novokuznetskdə olan azərbaycanlı biznesmendən aylıq “haqq” tələb ediblər. O isə bunu ödəməkdən imtina edib.

Bu zaman cinayətkarlar iş adamına kafedə görüş təyin ediblər. Görüş zamanı biznesmen döyülüb, silahla təhdid edilərək, 10 min rublu (152 ABŞ dollar) alınıb. Bir müddət sonra onlar yenidən biznesmenlə görüşərək, 20 min rubl (304 dollar) alıblar. Bundan sonra azərbaycanlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Dəstənin bütün üzvləri saxlanılıb. Azərbaycanlı biznesmen təhdidlər səbəbindən hazırda xüsusi mühafizə altında saxlanılır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …