Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu – Öz boğazını kəsdi (TƏFƏRRÜAT)

Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu – Öz boğazını kəsdi (TƏFƏRRÜAT)

Xəbər veriyimiz kimi, bir neçə gün öncə Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib.

Unikal.org baş verən hadisənin təfərrüatlarını öyrənib.

Tərtər rayon Ələsgərli kənd icra nümayəndəsi Kamran Əhmədov Unikal.org-a açıqlamasında bildirib ki, hər ikisi sakit ailə olub:

“Hadisənin iştirakçısı olan ailələr arasında bu zamana qədər münaqişə olmayıb. 28 yaşlı qadının əri Əliyev Fariz Fazil oğlu ilə  Zöhrabov Eldəniz Sabir oğlu şərikli meyvə bağı salıblar. Sonradan gəlinlə Eldəniz birlikdə yaxalanıb. Bu zaman gəlin V.Əliyevanın əri 35 yaşlı Fariz Əliyev, qardaşları, əmisi oğlanları ilə birlikdə  Eldəniz Zöhrabovu çay kənarına apararaq döyüb, onun şəxsiyyətini alçaldan hərəkətlər ediblər. Bu zaman 43 yaşlı Eldəniz bıçaqla öz boğazına xəsarət yetirib. Onun səhhəti ağır olduğu üçün təcili Bakıya gətirilib. Hadisədən sonra gəlinin həyat yoldaşı Fariz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Münaqişəyə səbəb olan gəlin isə hadisədən sonra Ələsgərli kəndini tərk edərək ata yurdu  Ağcabədiyə qayıdıb.

Başqa xanımla münasibəti olan Eldəniz Zöhrabov da ailəlidir. Onun iki oğlu var. Oğlanlarından biri yeni ailə qurub. Öz ərinə xəyanət edən qadının isə Fariz Əliyevlə birgə nigahdan iki azyaşlı övladı var”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …