Ana səhifə / Kriminal / Azərbaycanda daha bir bank bağlandı

Azərbaycanda daha bir bank bağlandı

“YapiKredi Invest” MMC ləğv olunduğunu elan edib.
Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 628, Cəlil Məmmədquluzadə küçəsi73G ünvanına bildirə bilərlər(apa).
Qeyd edək ki, “YapiKredi Invest” MMC 31 iyul 2007-ci il tarixində Məhdud Məsuliyyətli Cəmiyyət kimi yaradılıb. 2008-ci ilin fevralın 4-dən etibarən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən aldığı broker və diler lisenziyası əsasında müvafiq olaraq broker və
diler fəaliyyəti ilə məşğul olub. Şirkət eyni zamanda Bakı Fond Birjasının üzvü olub.
Sonuncu göstəriciyə əsasən, MMC-nin nizamnamə kapitalı 110 min manat təşkil edib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın