Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycan neft hasilatının “dondurulmasına” razılıq verdi

Azərbaycan neft hasilatının “dondurulmasına” razılıq verdi

Virtualaz.org xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Azərbaycanın neft hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində «dondurulması» təklifinin gerçəkləşdirilməsinə hazır olduğunu bildirib.

Xatırladaq ki, bu günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak ümid etdiyini bildirmişdi ki, Azərbaycan və Qazaxıstan neft hasilatının «dondurulması» təşəbbüsünə qoşulacaq və OPEK üzvü olan və olmayan neft hasil edən ölkələrin yaxın günlərdə keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcəklər.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın