Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Kriminal / Azərbaycanlı ailənin üzvləri Rusiyada dəhşətli qəzada öldü – FOTO (VİDEO)

Azərbaycanlı ailənin üzvləri Rusiyada dəhşətli qəzada öldü – FOTO (VİDEO)

Rusiyanın Saratov vilayətinin Volsk rayonunda iki nəfərin ölümü və altı nəfərin yaralanması ilə nəticələnən zəncirvari qəza hadisəsi baş verib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə “Sızran-Saratov-Volqoqrad” magistralında baş verib.
Magistral yolda “Mitsubishi Outlander”, “Hyundai Creta” və “KIA Rio” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “KIA” markalı avtomobildə olan əslən Azərbaycandan olan Cavadovlar ailəsi və Votskins şəhərindən olan Şaydurovlar ailəsinin üzvləri xəsarət alıblar. Rusiya mətbuatında yer alan məlumata görə, qəzaya səbəb “KIA”-nın sürücüsü olub. O sürət həddini aşaraq “Hyundai”la toqquşub. Bundan sonra birinci avtomobil “Mitsubishi”yə çırpılıb. Güclü toqquşma nəticəsində “KIA” markalı avtomobil yol kənarına aşıb. Qəza zamanı bu avtomobildə olan 1966-cı il təvəllüdlü sərnişin dünyasını dəyişib.
Xəstəxanaya çatdırılan Cavadovlar ailəsinin 26 yaşlı xanımının da həyatını xilas etmək mümkün olmayıb. Ailə başçısı, beş və səkkiz yaşlı övladları Volsk rayon xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
“KIA” markalı avtomobildəki digər sərnişin – Nataliya Şaydurova yüngül xəsarətlərlə canını qurtarıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir. in təfərrüatı araşdırılır. “Mitsubishi” avtomobilinin sürücüsünün sözlərinə görə, “KIA”-nın sürücüsü sükan arxasında yuxuya gedib.

Həmçinin oxuyun

Bakıda çılpaq qız ərəbin bütün pullarını götürüb qaçdı – VİDEO

Bakıda fahişə qız ərəbin bütün pullarını götürüb qaçıb. Unikal.org Baku.WS-yə istinadən xəbər verir ki, zərərçəkən turist …