Şənbə , Sentyabr 22 2018
Ana səhifə / Kriminal / Azərbaycanda unikal qaçaqmalçılıq – Foto

Azərbaycanda unikal qaçaqmalçılıq – Foto

Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun ölkəmizin sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə aparılmasına cəhdin qarşısını alıblar.

“Qafqazinfo” xəbər verir ki, bu unikal qaçaqmalçılıq halı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qeydə alınıb.

Bakı-Doha aviareysi ilə gedən Qətər vətəndaşı gömrük nəzarətindən keçərkən gömrük bəyannaməsi və müvafiq icazə sənədini təqdim edərək, əvvəllər Azərbaycan ərazisinə gətirdiyi şahin quşunu təkrar ixrac etdiyini bildirib.

Lakin gömrük əməkdaşları xüsusi skaner vasitəsilə şahin quşunun elektron etiket nömrəsini qeydə alıb eyniləşdirmə apararkən, sənədlərdən və eyniləşdirmə vasitəsindən aldatma yolu ilə istifadə olunduğu və əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yenisi ilə dəyişdirildiyi aşkara çıxıb.

İlkin araşdırma zamanı Qətər vətəndaşı izahat verərək, ov etmək üçün Salyan rayonuna gəldiyini və Azərbaycanda olduğu vaxt həmin şahin quşunu bir nəfərin ona hədiyyə etdiyini bildirib.

Lakin əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yaşlı, hədiyyə verildiyi iddia edilən şahin quşunun isə cavan olduğu və Azərbaycanda ovlandığı müəyyənləşdirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Şəhər Heyvanat Parkına göndərilən sorğu məktubuna cavabda məlumat verilib ki, saxlanılan şahin quşu – qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növüdür və “Qırmızı Kitab”a daxildir.

Faktla bağlı araşdırma davam edir.

Həmçinin oxuyun

Etimad İsmayılov 4 milyon dollara görə öldürülüb

Dünən axşam saatlarında azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbulda ofisində qətlə yetirilməsinin təfərrüatı ortaya çıxıb. …