Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Kriminal / Azərbaycanda daha bir ər arvadının saçlarını kəsdi – “Rədd olub getsin” –FOTO

Azərbaycanda daha bir ər arvadının saçlarını kəsdi – “Rədd olub getsin” –FOTO

Azərbaycanda daha bir qadın məişət zorakılığının qurbanı olub.

Ər 14 illik həyat yoldaşına dəhşətli işgəncələr verib və sonda saçlarını qırxıb. Bundan sonra qadın 2 azyaşlı qızı ilə birlikdə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına üz tutub.

A24.Az -ın xəbərinə görə, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qadından ailəsi də imtina edib:

“Onlar bir neçə saat öncə sığınacağa yerləşdiriliblər. Artıq ikinci dəfədir ki, qadın uşaqlarını da götürüb bizim sığınacağa pənah gətirir. Bir tək arzusu var ki, uşaqları oxusun. Atası deyir ki, boşanıb kəndə, bizim yanımıza bir şərtlə qayıdarsan ki, burada uşaqlarını oxutmayacaqsan. Tez bir zamanda ərə verəcəyik, rədd olub getsinlər “.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda şirkət xaricdə işləmək istəyən qardaşlardan pul aldı – Biri Polşada küçələrdə qaldı (VİDEO)

İşədüzəltmə şirkətinin xətti ilə xaricə gedən Azərbaycan vətəndaşı Polşada köməksiz vəziyyətdə qalıb. Unikal.org–a müraciət edən …