Bazar , Sentyabr 23 2018
Ana səhifə / Kriminal / Azərbaycan dövlətinin qatı düşməni Rusiyada tutuldu, Bakıya təhvil verilir

Azərbaycan dövlətinin qatı düşməni Rusiyada tutuldu, Bakıya təhvil verilir

Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri separatçı Fəxrəddin Abbasov (Aboszadə) Rusiyada həbs edilib. Bu məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, Moskva vilayətinin Lüberets şəhər məhkəməsi Fəxrədddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.

Fəxərəddin Abbasov Rusiyada yaşadığı müddətdə Azərbaycana qarşı hədyan çıxışlar edib. O, Ermənstanda dəfələrlə səfərdə olub, daim işğalçı Ermənistanı müdafiə etməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı da çıxışlar edib.Qeyd edək ki, Fəxrəddin Abbasov 1956-cı il dekabrın 25-də Azərbaycanın Lerik rayonunun Bılabənd kəndində anadan olub. 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə Azərbaycandan qaçıb və Rusiyada yaşayıb. 2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.

Həmçinin oxuyun

Etimad İsmayılov 4 milyon dollara görə öldürülüb

Dünən axşam saatlarında azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbulda ofisində qətlə yetirilməsinin təfərrüatı ortaya çıxıb. …