Cümə axşamı , Yanvar 17 2019
Ana səhifə / Kriminal / “AMAY Abdullanın” bacısı oğlu sərhəddə narkotiklə tutuldu – FOTO

“AMAY Abdullanın” bacısı oğlu sərhəddə narkotiklə tutuldu – FOTO

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

Xidmətin mətbuat katibliyindən AzNews.az -a verilən xəbərə görə, 2018-ci ilin 31 oktyabr tarixində Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR-nın Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışda olan “AMAY” MMC tərəfindən İranda təsis edilmiş “Azər Caspian İran” şirkətinə məxsus müəs­sisə­lərə rəhbərlik edən 20.10.1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İran İslam Republikasından Azərbaycan Respublikası istiqa­mə­tin­­də dövlət sərhədini pozarkən saxlanıl­ıb.

N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkar­lan­ıb.

Saxlanılan şəxsə həmin əməllərinə görə AR CM-nin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.

Azinforum.az xatırladır ki, saxlanılan şəxs “Amay Abdulla” kimi tanınan iş adamının bacısı oğludur.

VIPedu.BIZ

Həmçinin oxuyun

Rüfət Aslanlı üçün “qəfəs” hazırlığı

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının adı ətrafında başlamış qalmaqal artıq …