Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Altay M. həkim otağında əl-üzünü yuyur və… tibb bacısına yumruq zərbələri endirir

Altay M. həkim otağında əl-üzünü yuyur və… tibb bacısına yumruq zərbələri endirir

Rusiyanın Sankt-Peterburq şəhərində xəstəxanalardan birində azərbaycanlı pasiyent həkim otağına girib əl-üzünü yuduğu üçün ona irad bildirən tibb bacısını döyüb. Hadisə zamanı ağır dərəcəli xəsarət alan tibb işcisi neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib, onun döyülməsində şübhəli bilinən azərbaycanlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, 45 azərbaycanlı həmyaşıdı, xəstəxanada tibb bacısı işləyən Svetlana P.-nın iş otağında ona hücum çəkib.

Hadisə martın 10-da gecə saatlarında baş verib. Tibbi yardım üçün xəstəxanaya çatdırılan Altay M. həkimlər üçün nəzərdə tutulan otağa daxil olan kimi kranı açıb əl-üzünü yumağa başlayıb. Tibb bacısı Svetlana buna görə xəstəyə öz iradını bildirib, otaqda qoyulan əl-üz yuyanın yalnız xəstəxana işçiləri üçün nəzərdə tutulduğunu deyib.

Bu irada cavab olaarq Altay M. tibb bacısına hücum çəkərək onu yumruqla vurub, zərbənin təsirindən qadın müvazinətini saxlaya bilməyib yerə yıxılıb, başı şüşəyə çırpılıb.

Yaralını neyrocərrahiyyə şöbəsinə yerləşdiriblər. Ona beyin silkələnməsi və ağır dərəcəli kəllə beyin travması diaqnozu qoyulub.

Svetlananı döyməkdə təqsirləndirilən Altay M.qarşı cinayət işi açılıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …