Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Aktyorun maşınından “8 Mart” hədiyyələri oğurlandı – Video

Aktyorun maşınından “8 Mart” hədiyyələri oğurlandı – Video

Aktyor Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Oğrular onun avtomobilinin şüşəsini sındırıblar və maşındakı hədiyyələri aparıblar. E.Hacıbabayev hədiyyələri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ailə üzvlərinə alıbmış.

Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araşdırma aparılır.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …