Ana səhifə / Kriminal / “AA” seriyalı maşının sürücüsü QƏZAYA SƏBƏB OLDU -VİDEO

“AA” seriyalı maşının sürücüsü QƏZAYA SƏBƏB OLDU -VİDEO

Bir çox hallarda “AA” seriyalı maşınların sürücüləri qaydaları pozmağı sanki adi hal hesab edirlər. Təbii ki, bu hamısına aid deyil.
Unikal.org xəbər verir ki, amma Avtosfer.az-ın kamerasına düşən 10 AA 841 dövlət nömrə nişanlı avtomobil kobud qayda pozaraq qəzaya səbəb olur. Hasidə 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsinə gedən  Rövşən Cəfərov küçəsində baş verib. Ən maraqlısı isə odur ki, sürücü qaydanı qəsdən pozur ki, digər sürücü qəzaya düşsün. Bunun isə adi artıq xuliqanlıqdır.
Belə ki, “AA” seriyali  avtomobilin  sürücüsünün əyləci qəfil istifadə etdiyini görən digər sürücü onudan uzaqlaşmaq üçün ötmə etmək istəyir. Lakin bundan öz aləmində “əsəbləşən” digər sürücü ona imkan vermir. Sağdan ötmə edərək avtomobilin qarşısında qəfil əyləci basır. Nəticədə qəza baş verir. “AA” seriyalı avtomobilin sürücüsü isə qazı basaraq uzaqlaşır.
Ümid edirik ki, DYP bunu araşdırıb qəzaya səbəb olan sürücünü cəzalandıracaq. Çünki “AA” seriyası heç kimə üstünlük hüququ vermir ki, xuliqanlıq etsin.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …