Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / 62 yaşlı elmlər namizədi, “əməkdar müəllim” həbs edilib – Dələduzluq işi

62 yaşlı elmlər namizədi, “əməkdar müəllim” həbs edilib – Dələduzluq işi

Dələduzluqda təqsirləndirilən 62 yaşlı “əməkdar müəllim” hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Ağayeva Nuriyyə Fərhad qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşları övladlarını ali məktəblərə qəbul etdirəcəyini vəd edərək pullarını ələ keçirib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, N.Ağayeva filologiya elmləri namizədi, “əməkdar müəllim”dir. O, həbs edilməzdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …