Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / 52 min manatı oğurlayıb polisi aldatdı

52 min manatı oğurlayıb polisi aldatdı

Polisə yalan məlumat verən şəxs saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bərdə rayonu ərazisindəki şirkətlərin birində maliyyəçi işləyən M.Cəfərov Rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 2-də saat 20 radələrində Cəyirli kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurduğunu, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulun oğurlandığını bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları araşdırma aparıbvə məlum olub ki, M.Cəfərovun polisə yalan məlumat verib. Belə ki, onun həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlətdiyi və qəsdən yol-nəqliyyat hadisəsi törədərək pulun oğurlanması barədə yalan məlumat verdiyi müəyyən edilib.

M.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, göstərilən miqdarda vəsait şirkətə qaytarılıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …