Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / 500 mal və xidmət – BAHALAŞDI

500 mal və xidmət – BAHALAŞDI

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda baza inflyasiya ötən ilin analoji dövrünün göstəricisi 4,1%ə qarşı 12,5% təşkil edib. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
“Qiymətləri dövlət tərəfindən tənzimlənən mallar, o cümlədən mövsümi xarakter daşıyan ASK məhsulları nəzərə alınmadan, 2016-cı ilin 9 ayı ərzində Azərbaycanda baza inflyasiya ötən ilin yanvar-sentyabr aylarında 4,1%-ə qarşı 12,5% təşkil edib”, – deyə məlumatda deyilir.
Cari ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 11,2%, həmçinin ərzaq məhsulları üzrə – 12,7%, qeyri-ərzaq məhsulları üzrə 15,9%, xidmətlər üzrə – 5,2% təşkil edib.
“9 ay ərzində inflyasiyanın hesablanması üşün istifadə olunan 561 adda mallar və xidmətlərdən 22-si üzrə qiymətlər ucuzlaşıb, 39-u üzrə qiymətlər dəyişməyib. Beləliklə, xidmət və malların 500 növü üzrə qiymətlərin artımı müşahidə olunub”, – deyə bankda vurğulayıblar. (Fins.az)

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın