Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / 5 iri bank maxinasiyaya görə 5 milyard dollar ödəməli olacaq

5 iri bank maxinasiyaya görə 5 milyard dollar ödəməli olacaq

Beş iri beynəlxalq bank öz aralarında sövdələşərək valyuta kursları ilə maxinasiya həyata keçirdiklərinə görə 5 milyard dollardan çox cərimə ödəməli olacaq.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Departamenti məlumat yayıb.

Sövdələşmədə iştirak edənlər Amerikanın “JPMorgan” və “Citigroup”, Britaniyanın “Barclays”, Şotlandiyanın “Royal Bank of Scotland” (RBS) və İsveçrənin UBS banklarıdır.

Onlar öz əməllərini etiraf ediblər və ABŞ hakimiyyəti ilə 5 milyard dollar cərimənin ödənilməsini razılaşdırıblar. Bankların ödəyəcəkləri məbləğ cəmi 5,6 milyard dollardır.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın