Cümə , Yanvar 18 2019
Ana səhifə / Kriminal / 26 yaşlı gəncin Bakıya dəvət etdiyi ukraynalı xanım yoxa çıxdı

26 yaşlı gəncin Bakıya dəvət etdiyi ukraynalı xanım yoxa çıxdı

Bakıda ukraynalı qız itkin düşüb.

Open.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü O.Qurbanov polisə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan, sevgilisi, Ukrayna vətəndaşı Tereşuk Lyudmilanın noyabrın 4-də gecə saatlarında evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Polisə daxil olan müraciət əsasında axtarışlara başlanıb.

Qeyd edək ki, Tereşuk Lyudmila O.Qurbanovun dəvəti ilə Azərbaycana gəlib və onlar qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayırlarmış.

 

 

VIPedu.BIZ

Həmçinin oxuyun

“Lotu Quli” Azərbaycanı tərk edib?

Bir müddətdir Azərbaycanda yaşayan 46 yaşlı “qanuni oğru” Nadir Səlifov ölkəni tərk edib.Hazırda postsovet məkanının …