Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / 18 yaşlı həyat yoldaşını baltalamış Şəmkir sakini intihar edib

18 yaşlı həyat yoldaşını baltalamış Şəmkir sakini intihar edib

Şəmkir rayonunda həyat yoldaşına baltayla xəsarət yetirən ər intihar edib.

Rayon sakini, 1988-ci il təvəllüdlü Ələkbər Müzəffər oğlu Əliyev həyat yoldaşı, 2000-ci il təvəllüdlü Nərmin Mehdixanovaya baltayla xəsarət yetirdikdən sonra özünü asıb. Onun meyiti yaşadıqları evin həyətindəki xurma ağacından asılı vəziyyətə tapılıb.

Qeyd edək ki, N.Mehdixanova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

*   *   *23:16 (7 noyabr)

Şəmkirdə ər həyat yoldaşını baltalayıb.

“Report”un verdiyi məlumata görə, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Ələkbər Müzəffər oğlu balta ilə həyat yoldaşı, 2000-ci il təvəllüdlü Mehdixanova Nərmin Famil qızının baş nahiyəsinə bir neçə zərbə endirərək, ona ağır xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, N.Mehdixanova ilə Ə. Əliyev yeni ailə qurublar. Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …