Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / 18 mühaciri boğulmaqdan qurtaran Sara həbs edildi – İnsan alverinə görə

18 mühaciri boğulmaqdan qurtaran Sara həbs edildi – İnsan alverinə görə

2015-ci ildə Yunanıstanın Midilli adasında 18 mühaciri boğulmaqdan xilas edən və Avropada “qəhrəman” elan olunan Sara Mardini həbs edilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Sara insan qaçaqmalçılığı, casusluq və terror təşkilatına üzv olmaqda günahlandırılır. 26 yaşlı qız avqustun 21-də həbs edilərək Yunanıstanın Karidallos həbsxanasına göndərilib. Sara istintaq yekunlaşana və məhkəmə qarşısına çıxarılanadək 18 ay həbsdə qalacaq.

Xatırladaq ki, Sara və bacısı Yüsra Mardini 3 il əvvəl mühərriki işləməyən qayığı boğazlarına bağlayaraq sahilə çıxarmışdılar. İngilis rejissor Stefan Daldri bacılar haqda hətta film çəkməyə başlamışdı. Onlar daha sonra Almaniyaya köçmüşdülər. Yüsra BMT-nin Mühacirlərə yardım təşkilatının xoşniyyətli səfiri olmuş, 2016-cı ildə Rio Olimpiada yarışlarında iştirak etmişdi. Sara isə Almaniyada Bard Universitetində iqtisadiyyat və sosial elmlər üzrə pulsuz təhsil almaq imkanı qazanmışdı.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …