Bazar , Fevral 24 2019
Ana səhifə / Kriminal / 15 azərbaycanlı ailə deportasiya üçün hava limanına gətirildi: etiraz edənlərdən biri damarını kəsdi

15 azərbaycanlı ailə deportasiya üçün hava limanına gətirildi: etiraz edənlərdən biri damarını kəsdi

Ötən gecə 15-dən çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat verilib.

Bildirilib ki, nəzərdə tutulmuş uçuş texniki səbəbdən baş tutmadığına görə, həmin ailələr səhər saat 7 radələrində yenidən öz yaşayış yerlərinə qaytarılıb. Hava limanına aparılanlar arasında xəstələr, ailə üzvlərindən biri və ya ikisi evdə olmayanlar da olub və bu halların heç biri deportasiya üçün gələn səlahiyyətli orqanlar tərəfindən nəzərə alınmayıb. Deportasiyadan xilas olmaq üçün özünə xəsarət yetirənlər də olub.

Aldığımız məlumata görə, 7 övladı olan Səbuhi adlı mühacir Azərbaycana dönməmək üçün damarlarını doğrayıb. O, hazırda ağır vəziyyətdə Kassel şəhər xəstəxanasında müalicə olunur.

Həmçinin oxuyun

Bakıda dəhşət – Ata öz məktəbliqızına tamah saldı və…

Yetkinlik yaşına çatmayan qızını zorlayan ata 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. “Ölkə.Az” xəbər …