Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / 13 yaşlı oğlanın əlində fişəng partladı

13 yaşlı oğlanın əlində fişəng partladı

Gəncədə yeniyetmə oğlanın əlində partlayıcı partlayıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbə sakini, 2005-ci il təvəllüdlü Xəyal Zamin oğlu Rüstəmov bədənin müxtəlif nahiyələrinin və sol əlin çoxsaylı yaraları ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Valideynləri yeniyetmənin əlində pirotexniki vasitənin partladığını və xəsarət aldığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …